Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, fiologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyeva 7-8 oktyabr 2022 tarixləri arasında Bolqarıstanda Müq. Kliment Oxridski adına Universitetdə “Sofiya Universitetində Türkologiyanın 70 illiyi” münasibətilə təşkil olunmuş Beynəlxalq Konfransda çıxış edərək Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir. Azərbaycanlı alimin universitetə hədiyyə olaraq təqdim etdiyi 4 kitabı, eləcə də, bir neçə gün əvvəl çapdan çıxmış həm müəllifi, həm də türk dilinə tərcüməçisi olduğu “Azərbaycan dilinin Qarabağ və Zəngəzur dialektoloji atlası” kitabı haqqında verdiyi məlumat ev sahibi ölkənin Azərbaycanın dilçilik sahəsindəki fəaliyyətinə güclü maraq oyatmış, gələcəkdə Sofiya Universiteti ilə Dilçilik İnstitutu arasında elmi əlaqələrin yaradılması haqqında fikirlər səsləndirilmişdir.
Şrifti böyüt:
Çap et