Simpozumda “Azərbaycan Dilinin Qarabağ və Şərqi Zəngəzur Dialektoloji
Atlası” təqdim edilib.
Türkiyənin Ərzincan vilayətində keçirilən “Türk Dünyası Ərzincanda görüşür”
mövzusunda beynəlxalq simpoziumun rəsmi açılış mərasimi olub.
Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının
Azərbaycan üzrə sədri Həsən Həsənov iştirakçılara Azərbaycan Prezidenti İlham
Əliyevin salamını çatdırıb, tədbirin işinə uğurlar diləyib.
Türk dövlətlərinin müstəqilliyi və birliyinin ölkələrimizin gələcəyi baxımından ən vacib
məqam olduğunu deyən Həsən Həsənov Azərbaycanın 44 günlük Vətən müharibəsi və
şanlı Zəfərimiz haqqında danışıb, bu savaş dövründə başda ölkə başçısı Rəcəb Tayyib
Ərdoğan olmaqla Türkiyə dövləti və xalqının daim Azərbaycanın yanında olduğunu
xatırladıb.
Çıxışında İstanbulda keçirilən Zirvə Toplantısında Türk Dövlətləri Təşkilatının təsis
olunduğunu xatırladan TDT-nin Baş katibi Bağdad Amreyev bununla türk dövlətləri
ailəsinin daha da gücləndiyini deyib. Bildirilib ki, türk dünyasının gücü birlikdədir və
qarşıdan gələn zirvə toplantıları birgə hədəflərimiz baxımından olduqca əhəmiyyətlidir.
Türk dünyasının birliyinin asanlıqla ərsə gəlmədiyini deyən Baş katib bunun arxasında
liderlərimizin güclü və qərarlı duruşlarının dayandığını, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Qarabağ Zəfərində göstərdiyi güclü dəstəyin türk dünyasının birliyi
baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.
Binəli Yıldırım Universitetinin rektoru, professor Akın Levent, Şimali Kipr Türk
Respublikasının Prezidenti Ersin Tatar çıxışlarında türk birliyinin əhəmiyyətini xüsusi
vurğulayıblar.
Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara müraciət məktubu
oxunub.
Məktubda deyilir: “Dost və qardaş ölkələrimiz arasında mükəmməl səviyyədə seyr edən
siyasi, iqtisadi və mədəni əlaqələrimizin elm sahəsi üzrə də yüksək səviyyələrə
çatmasından məmnuniyyət hissi keçirirəm.
Beynəlxalq Türk Dünyası Simpoziumunun dil və ədəbiyyatdan tarixə, sənətdən sosiala,
iqtisadiyyatdan beynəlxalq əlaqələrə qədər geniş bir şəkildə elmi araşdırmalara liderlik
edəcəyinə inanıram.
Tarix boyu olduğu kimi, bu gün də aramızda çəkilən sərhədlərin bizi ayırmasına,
qəlblərimiz arasında məsafə qoymasına, bizi bir-birimizdən qoparmasına icazə
verməməliyik.
Simpoziumun doğma qardaşlarımız olan türkdilli ölkələr ilə diplomatik əlaqələrimizin
təsis olunmasının 31-ci ildönümünə təsadüf etdiyi bu ildə keçirilməsini bu baxımdan son
dərəcə mənalı hesab edirəm. Uzun illər davam edən həsrətin ardından türk dünyası olaraq
ikitərəfli və çoxtərəfli platformdakı əlaqələrimizi müvəffəqiyyətlə üst səviyyələrə
çatdırdıq. Ötən il İstanbulda keçirdiyimiz Türk Dövlətləri Təşkilatının Zirvə
Toplantısında qardaşlığımız və əlaqələrimizi dərinləşdirmək üçün tarixi qərarlara imza
atdıq. Türk Şurasını Türk Dövlətləri Təşkilatına çevirdik və 2040-cı il baxışı sənədini
qəbul etdik.
Türk dünyasının birlik və həmrəyliyi sülh və rifahımızın təminatıdır. Önümüzdəki dövrdə
həyata keçirəcəyimiz layihələ və tədbirlər geniş bir coğrafiyanı və 300 milyondan çox
insanı əhatə edən ailəmizi daha da gücləndirmək üçün yeni imkanlar yaradacaq”.
Sonra iştirakçılara plaketlər təqdim edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı,
akademik İsa Həbibbəyli tərəfindən AMEA adından Binəli Yıldırıma xüsusi xalça,
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara “Azərbaycan muğamı
miniatürlərdə”, universitetin rektoruna isə “Azərbaycan Dilinin Qarabağ və Şərqi
Zəngəzur Dialektoloji Atlası” kitabları təqdim edilib.
Şrifti böyüt:
Çap et