İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İbn Haldun
Universiteti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən III Türk Dünyası Yay Forumu
çərçivəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Vəfa
Abdullayeva-Nəbiyeva "Türk dünyasında əlifba islahatı və mədəni intibah" mövzusunda məruzə ilə çıxış
edib.
Məruzədə Ortaq Türk əlifbasının qəbul edilməsinin türk dövlətləri arasında dil birliyinin
möhkəmləndirilməsi, elmi və təhsil əməkdaşlığının genişləndirilməsi, rəqəmsal kommunikasiya
imkanlarının artırılması, eləcə də ortaq mədəni irsin gələcək nəsillərə daha səmərəli şəkildə ötürülməsi
baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin Ortaq Türk əlifbasının türk xalqları arasında inteqrasiyanın
gücləndirilməsi, ortaq informasiya məkanının formalaşdırılması və mədəni əlaqələrin inkişafına verəcəyi
töhfələrdən bəhs edilib.
Forumun sonunda dosent Vəfa Abdullayeva-Nəbiyeva türk dili, mədəniyyəti və ortaq dəyərlərinin təbliği
istiqamətindəki fəaliyyətinə görə "Divanü-lüğət-it türk" mükafatı ilə təltif olunub.
Şrifti böyüt:
Çap et








