05 oktyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası
keçirilib.
İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 29-da 2023-cü
ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi əlamətdar hadisələrdən biri
olduğunu qeyd edib.
Pofessor bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində institutun təşəbbüsü ilə bir
sıra Elmi sessiyaların keçirilməsi nəzərdə tutulub.
İclasda müəssisənin 2022-2023-cü tədris ili üçün elmlər doktoru hazırlığı üzrə
doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov
2022-2023-cü tədris ili üçün Azərbaycan dili, Türk dilləri və Dil nəzəriyyəsi
ixtisaslarından elmlər doktoru və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura
və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib.
Dissertant və doktorantlara təklif olunan mövzu və elmi məsləhətçilər təsdiq
edilib.
Sonda iclasın Elmi katibi dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırdı.
Şrifti böyüt:
Çap et