23 sentyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası
keçirilib. İclası institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir
Məmmədli açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Türk dilləri və Müasir Azərbaycan dili şöbələri üzrə şöbə müdiri vəzifəsinə
elan olunmuş müsabiqəyə əsasən professor İsmayıl Kazımov və filologiya elmləri
doktoru Nərgiz Hacıyevanın namizədliyi irəli sürülüb və gizli səsvermə yolu ilə
seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib.
Sonra elmi şuranın katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel
Məşədiyeva cari məsələləri nəzərə çatdırıb.
Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Turan Azər qızı Hüseynovaya
dosent elmi adının verilməsi məsələinə baxılıb. Gizli səsvermə nəticəsində
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası
qarşısında vəsatət qaldırılması qərara alınıb.
Şrifti böyüt:
Çap et