Şrifti böyüt:
Çap et
Sentyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı
keçirilib.
İmtahan prosesi Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq təşkil
edilib.
Müvafiq ixtisaslar üzrə komissiya üzvləri imtahan prosesini izləyib.
Komissiyanın sədri elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli
gənclərə uğurlar diləyib.
Xarici dil və fəlsəfə imtahanlarından uğurla keçən 8 nəfər iddiaçı “Azərbaycan
dili”, “Türk dilləri”, “Dil nəzəriyyəsi ” ixtisasları üzrə təqdim olunan test
tapşırıqlarını verilən vaxt ərzində həll ediblər. İddiaçiların imtahan nəticələri
komissiya üzvləri tərəfindən “yaxşı” və “əla” qiymətləndirilib.