Əl-Fərabi adına Qazax Milli Universitetinin Şərqşünaslıq fakültəsinin
dosenti, həmin universitetin nəzdində fəaliyyət göstərən Mədəni irs və
əlyazmalar fondunun sədri Zübeydə Şafkan AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunda elmi ezamiyyətdə olub.
Görüşdə elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli institutda
görülən işlər haqqında qonağa məlumat verib, dostluq və işgüzar
münasibətləri yüksək qiymətləndirib.
Zibeydə Şafkan Azərbaycan türkcəsində yazılmış dastan abidəsi: Rüstəmnameyi-
türki" adlı məruzə ilə çıxış edib.
O bildirib ki, hazırda Azərbaycan dilində qələmə alınan unikal yazılı folklor
abidəsi - “Rüstemnameyi-türki” əlyazmasının üzərində tədqiqat aparır. Bakıya
gəlişinin də əsas səbəblərindən biri həmin əsərin əlyazma nüsxələri haqqında
ətraflı məlumat toplamaqdır.
Zibeydə xanım tədqiqat apardığı abidənin dilinin Azərbaycan dilinə yaxın
olduğunu bildirib.
Görüşdən məmnunluğunu bildirən Zibeydə Safkan AMEA-nın Dilçilik İnstitutu
ilə Qazaxıstan müvafiq elm və təhsil qurumlarının əməkdaşlıqlarının
genişlənməsinin vacibliyindən danışıb.
Şrifti böyüt:
Çap et