6-11 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran şəhərində gənclər üçün yay düşərgəsi təşkil olunmuşdur. Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ sədri, fil.ü.f.d. Günel Orucova və institutun GAMŞ üzvü Rəna Məmmədova Lənkəran yay düşərgəsində iştirak etmiş, elm, təhsil, texnologiya sahələrinə aid müxtəlif və çoxsaylı təlimlərdə yer almışlar. Düşərgədə həm də gənclər üçün əyləncə saatları təşkil olunmuş, şahmat, dama, üzgüçülük, bilik yarışması, qaçış kimi müxtəlif sahələr üzrə yarışlar keçirilmişdir. Üzgüçülük yarışında Rəna Məmmədova birinci yerə çıxmış və xüsusi hədiyyə ilə mükafatlandırılmışdır. Düşərgənin sonunda rəsmi və qeyri-rəsmi hissədən ibarət möhtəşəm bağlanış tədbiri təşkil olunmuş və bütün iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Şrifti böyüt:
Çap et