Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda
institutunun 2022-ci il üçün altı aylıq hesabatı dinlənilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru filologiya elmlər
doktoru, professor Nadir Məmmədli tədqiqat işlərinin “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib.
Nadir Məmmədli bildirib ki, hesabat ilinin 6 ayı ərzində institutun 12
şöbəsində, 1 sektorunda və 1 laboratoriyasında 1 istiqamət üzrə, 15 problem, 20
mövzu, 118 iş yerinə yetirilməktədir.
Sonra elmi müəssisənin şöbə müdirləri 2022-ci ilin altı ayı ərzində
görülən işlər barədə hesabatla çıxış ediblər.
İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və
yubileylər haqqında məlumatlar diqqətə çatdırılıb.
İnstitutda elmi kadrların hazırlanması prosesi, əsasən, doktorantura və
dissertantura, magistratura yolu ilə həyata keçirilir. 2015-ci ildən başlayaraq
Dilçilik İnstitutunda magistr hazırlığı da həyata keçililir.
İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel
Məşədiyeva bildirib ki, hesabat ilin 6 ayı ərzində İnstitutun əməkdaşlarının 9
monoqrafiyası, 2 kitabı, 140 (5 impakt faktorlu, 30-u xaricdə dərc olmaqla
(Rusiya, Çexiya, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan)) məqaləsi çap
olunmuşdur.
Şrifti böyüt:
Çap et