2022-ci ilin iyun ayında Qırğızıstan Respublikasının Bişkek şəhərində
Qırğızıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə MDB ölkələri alimlərinin IV
forumu keçirilmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri
doktoru, professor Nadir Məmmədli forumda iştirak edib.
Forumun təşkilində əsas məqsəd Birliyə üzv dövlətlər arasında elmi-texniki
əməkdaşlığın aktivləşdirilməsi və inkişafı, elmi mühitin formalaşdırılması və
genişləndirilməsidir. Forum iştirakçıları fundamental elmin inkişafının vəziyyəti və
perspektivlərini, rəqəmsal əsrdə innovativ elmi tədqiqatların həyata keçirilməsi
yollarını, həmçinin MDB ölkələrində təhsil və elmdə rəqəmsallaşma prosesinin
təkmilləşdirilməsini məsələlərini müzakirə etmişlər. Avrasiya məkanında elmi
əməkdaşlığın qurulması və onun inkişafı, MDB ölkələri alimlərinin
nailiyyətlərinin birləşdirilməsi və müasir elmi çağırışlara uyğun fundamental və
tətbiqi tədqiqatların aparılması kimi məsələlər Forumda çıxışlar əsas diqqət
mərkəzində idi.
Plenar iclasdan sonra forum seksiyalar üzrə işini davam etdirib: 1-ci seksiya
“Fundamental elmin problemləri və inkişaf yolları”; “İnvestisiya və innovativ elmi
tədqiqatlar” 2-ci seksiya sessiyası; “Təhsil və elmdə rəqəmsallaşma” adlı 3-cü
bölmə iclası və MDB gənc alimlərinin “Gənclər və elm: problemlər və
perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Forumdan sonra Qırğızıstan Elmlər Akademiyasının prezidenti akademik
Murat Cumatayev Azəraycan nümayəndə heyətini qəbul edib. Görüşdə Dilçilik
İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyası arasında əməkdaşlıq imkanlarının
genişləndirilməsi və beynəlxalq proqramlar çərçivəsində müştərək layihələrin
həyata keçirilməsi üzrə geniş müzakirələr aparılıb.
Şrifti böyüt:
Çap et