Elmi seminar

Şrifti böyüt:
Çap et

24 iyun 2022-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən "Dilçilik tribunası" adlı layihə çərçivəsində elmi seminar təşkil olunmuş və institutun gənc əməkdaşı, böyük elmi işçi Rəna Hüseyn qızı Məmmədova “Milli dil korpuslarının dilçilik elmində əhəmiyyətli rolu” adlı məruzə ilə çıxış etmişdir. O, Milli Dil Korpuslarının mahiyyəti haqqında məlumat vermiş, bir çox dünya dil korpuslarından əyani nümunələr göstərərək dilçiliklə informasiya texnologiyalarının qaşılıqlı əlaqəsinin zəruriliyini bir daha vurğulamışdır. Məruzəçi eyni zamanda 2018-ci ildə yaradılmış Azərbaycan Dilinin Elektron Lüğətlər Korpusu haqqında görülmüş və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat vermişdir. Sonda Rəna Məmmədova elmi seminar iştirakçılarının suallarını cavablandırmışdır.