Şrifti böyüt:
Çap et
01 iyunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına
Dilçilik İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanı keçirilib.
Dilçilik İnstitutunda imtahanlar Azərbaycan dili (5706.01), Dil nəzəriyyəsi
(5704.01), Türk dilləri (5710.01) və Müqayisəli-tarixi və müqayisəli-tipoloji
dilçilik (5714.01) ixtisasları üzrə təşkil edilib.
İmtahanda Azərbaycan dili (5706.01) ixtisası üzrə 2 namizəd, Dil nəzəriyyəsi
(5704.01) ixtisası üzrə 6 namizəd, Türk dilləri (5710.01) ixtisası üzrə 3 namizəd,
Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik (5714.01) ixtisası üzrə 2 namizəd
iştirak etmişdir.
Doktorluq imtahanlarının keçirilmə qaydasına uyğun olaraq institutda imtahan
komissiyaları yaradılıb.