AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə
fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, Müasir Azərbaycan dili şöbəsinin
müdiri, fil.e.d., prof. İsmayıl Kazımov və Azərbaycan dialektologiyası
şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Kübra Quliyeva Elginkan Vəqfinin
Türkiyənin İstanbul şəhərində 11-13 may 2022-ci il tarixində təşkil etdiyi 5-ci
Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak edib, sertifikatla təltif olunub.
Azərbaycandan həmçinin BDU-nun əməkdaşları fil.ü.f.d., dos. Qızılgül
Abdullayeva və tar.ü.f.d., dos. Elvira Lətifova qurultayda iştirak ediblər.
Beynəlxalq Qurultayda 9 ölkədən 43 dilçi-alim iştirak ediblər. 2013 ildən bu
yana iki ildə bir keçirilən Elginkan Vəqfi Türk Dili və Ədəbiyyatı Qurultayında,
Keçmişdən bu günə Yazılmayan Türkcə – Türkcənin diaxronik və sinxron
dəyişiklikləri əsas mövzu ətrafında Türkcənin dialektləri, Sosial dəyişikliklər
nöqteyi-nəzərindən Türkcə, Türk arqosu, Türk işarə dili, Jarqon və Gizli dillər
kimi mövzular ətraflı müzakirə edilmişdir.
Qurultayda dosent Aynel Məşədiyeva “Türkiye Türkçesinin ağızlarında
zarf-fiil eklerinin görünümü ve kullanım özellikleri üzerine”, professor İsmayıl
Kazımov “Azerbaycan Türkçesinde argo gizli anlaşma kibi”, dosent Kübra
Quliyeva “Ağız araştırmalarında yeni eğilimler ve lehçe atlasları” mövzusunda
məruzə ilə çıxış edib.
Məruzələr qurultay iştirakçılarının marağına səbəb olub. Mövzu
ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şrifti böyüt:
Çap et