Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və
dissertanturasına sənəd qəbulu 2022-ci il mayın 10-u başa çatıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə və elmlər doktorluğu
hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən gənclərlə görüş
keçirilib.
Elmi müəssisənin baş direktoru filologiya elmləri doktoru, professor Nadir
Məmmədli tədbirdə təhsilin hər pilləsində, o cümlədən doktorantura və
dissertanturada bütün proseslərin tamamilə şəffaf aparıldığını qeyd edib. Professor
gənclərə elmi işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda
məsuliyyətli olmağı tövsiyə edib.
Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili
imtahanlarında iştirak etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, bu il Dilçilik İnstitutunun Təhsil şöbəsinə doktorantura və
dissertantura hazırlığı üzrə 30 nəfərin sənədi qəbul olub. Onlardan 17 nəfər fəlsəfə
doktoru hazırlığı üzrə doktoranturaya, 6 nəfər dissertanturaya, 2 nəfər elmlər
doktoru hazırlığı üzrə doktoranturaya, 6 nəfər dissertanturaya sənəd verib.
Şrifti böyüt:
Çap et