2022-ci ilin aprel ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq elmi işçilərin
attestasiyası keçirilib.
Bu məsələ əvvəlcə institutun elmi şurasında müzakirə edilmiş, işçilərin
siyahısı, müvafiq sənədlər, eləcə də attestasiyanın keçirilmə vaxtı tərtib
olunmuş, attestasiya komissiyası təsdiq edilmişdir.
Attestasiya zamanı elmi işçilərin hər birinin son 5 ildə (2017-2022-ci illər)
fəaliyyəti nəzərdən keçirilmiş, onların müvafiq şöbələrdə yerinə yetirilən
elmi işlərdə iştirakları, üstünlükləri, tutduqları vəzifəyə uyğun gəlib-
gəlmədikləri müəyyənləşmişdir. Hər bir elmi işçinin gələcək fəaliyyətinə dair
qeydlər və tövsiyələr verilmişdir.
Qeyd edək ki, bir ay ərzində institutun 94 nəfər elmi işçisi attestasiyadan
keçilirilib. 15 nəfər elmi işçinin tutduğu vəzifəsi artırılıb.
Şrifti böyüt:
Çap et