6 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.
İclası giriş sözü ilə açan Elmi şuranın sədri , müəssisənin Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
İlk olaraq Elmi Şuranın tərkibində qismən dəyişiklik, institutun doktorant və dissertantların attestasiyasının nəticələri müzakirə edilib, təkliflər dinlənilib.
İclasda institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, elmi işçilərin beş ildən bir attestasiyadan keçirilə biləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, bir ay ərzində institutun 94 nəfər elmi işçisi attestasiyadan keçilirilib. 15 nəfər elmi işçinin tutduğu vəzifəsi artırılıb.
Sonda Elmi şuranın katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva cari məslələri diqqətə çatdırıb.
İnstitutun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi, fil.ü.f.d. Aysel Əhmədovanın ingilis dilindən tərcümə etdiyi “Mark Terensi Varron. Latın dili haqqında” adlı kitabın II cildi, Nabatəli Qulamoğlunun (Pələngovun) “Müasir Azərbaycan dilinin normativ punktuasiyası” və Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Qətibə Mahmudovanın “Müasir türk dillərində düzəltmə sözlər” adlı monoqrafiyaları müzakirə edilərək çapa təqdim edilib.
Şrifti böyüt:
Çap et