Azərbaycan dilinin böyük frazeloji lüğəti”nin təqdimatı keçirilib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəriman Seyidəliyev və professor Bayram Əhmədovun birlikdə ərsəyə gətirdiyi “Azərbaycan dilinin böyük frazeoloji lüğəti” (iki cilddə) kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən kitabın elmi redaktoru professor Nadir Məmmədli lüğətin aydın tərtib prinsiplərini və elmi cəhətdən əsaslandırılmış strukturunu yüksək qiymətləndirib.

Tədbirdə fil.e.d., dos. Fizuli Mustafayevin “Nəriman Seyidəliyevin elmi yaradıcılığında frazeologiya”, fil.e.d., dos. Qətibə Mahmudovanın “Frazeoloji vahidlər xalqın düşüncə və mədəniyyət kodudur” mövzusunda məruzələri dinlənilib. Daha sonra İnstitutun alimləri professor Sayalı Sadıqova, professor İsmayıl Məmmədli, dosent Baba Məhərrəmli, dosent Sevinc Əliyeva, dosent Xədicə Heydərova və dosent Gülarə Əmirova çıxış edərək lüğət haqqında müsbət fikir və rəylərini diqqətə çatdırıblar.