“Sələflər və xələflər” respublika elmi konfransının materiallarının elektron versiyası yayımlanıb

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının materialları elektron versiyada geniş ictimaiyyətin istifadəsinə verilib. Xatırladaq ki, sözügedən konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, həmçinin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli iştirak və çıxış etmişlər.

Konfransda məqalələr 8 bölmə üzrə qəbul olunmuşdur: 1. Azərbaycan dilçiliyi, 2. Dil və üslub məsələləri, 3. Ədəbi dil məsələləri, 4. Türkologiyanın aktual problemləri, 5. Terminologiya və onomastika məsələləri, 6. Nəzəri və tətbiqi dilçilik, 7. Müqayisəli-tipoloji dilçilik, 8. Hind-Avropa dilləri.

Konfrans materialları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 102-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ GƏNC DİLÇİ DOKTORANT VƏ DİSSERTANTLARIN SƏLƏFLƏR VƏ XƏLƏFLƏR RESPUBLİKA ELMİ KONFRANSININ MATERİALLARI.