AMEA Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan Mərkəzi Asiya
İnnovasiyalar Universiteti Humanitar fakültəsinin Filologiya kafedrasının
nümayəndəsi ilə görüş keçirilib. Görüşdə hər iki elmi müəssisə arasında müqavilə
imzalanıb. Sənəddə birgə tədqiqatların aparılması, nəşr işləri, qarşılıqlı
tədbirlərin təşkili və s. məsələlər əksini tapıb.
Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir
Məmmədli dilçilik elminin inkişafı istiqamətində görülən işlər, əldə olunan
nailiyyətlər barədə məlumat verib. Professor Azərbaycan-Qazaxıstan elmi
əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti Filologiya kafedrasının
baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, professor Arzu Qurbanova çıxış
edərək birgə layihələrin icrası, kadr hazırlığı məsələlərini diqqətə çatdırıb.
Görüşdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru filologiya
üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və mətbuat xidmətinin rəhbəri
dosent Təranə Şükürlü iştirak ediblər.
Şrifti böyüt:
Çap et