İyunun 19-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda əlamətdar bir görüş
keçirilib. Görüş çərçivəsində Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək
Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri, professor Osman
Mərt İnstitutun qonağı olub.
İnstitutun direktoru, professor Nadir Məmmədli hörmətli qonaqları salamlayaraq
dilçilik elminin hazırkı vəziyyəti, institutun fəaliyyət istiqaməti, son dövrdə
aparılan elmi-tədqiqat işləri və beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat
verib. Bu əməkdaşlığın tarixi əsaslara söykəndiyini bu istiqamətdə görülən işlərin
daha da dərinləşməsinin vacibliyini vurğulayıb.
Sonra professor Osman Mərt Türk dünyasında dil birliyinin qorunması, ortaq
türkologiya irsinin araşdırılması və elmi mübadilələrin vacibliyi haqqında çıxış
edib, rəhbərlik etdiyi qurumun Azərbaycanla elmi əlaqələrə verdiyi əhəmiyyətdən
bəhs edib. O bildirib ki, Azərbaycan və Türkiyənin dil qurumları arasında
əməkdaşlıq yalnız elmi müstəvidə deyil, həm də mənəvi bağlar üzərində qurulmuş
bir dostluğun, türklüyün təzahürüdür.
Daha sonra Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov öz
çıxışında Türk dillərinin tarixi inkişafı, fonetik və leksik oxşarlıqları, eləcə də türk
dilləri arasında aparılan müqayisəli tədqiqatların əhəmiyyətindən danışıb.
Həmçinin şöbənin əməkdaşları professor Osman Mərtə suallar ünvanlayıb, fikir
mübadiləsi aparıblar.
Tədbirin sonunda Dilçilik İnstitutu ilə Türk Dil Qurumu arasında gələcək
əməkdaşlıq imkanları müzakirə olunub.
Şrifti böyüt:
Çap et