Şrifti böyüt:
Çap et
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Fəxri Uğurlunun moderatorluğu ilə dilçiliyimizin problemlərinə dair geniş müzakirələr keçirilmişdir. Müzakirədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov iştirak etmişlər.