Şrifti böyüt:
Çap et
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, UNESCO GYC-da Azərbaycan təmsilçisi, UNESCO Elektoral qrupunda ekspert, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktoti Raimkulova ilə görüşüb. Görüşdə Türk Mədəniyyətinin təbliği və təşviqi istiqamətində ortaq və birgə layihələrin keçirilməsi haqqında təkliflər müzakirə olunub. Produktiv keçən görüşün sonunda Vəfa Abdullayeva-Nəbiyeva Türk Mədəniyyəti və İrsi Fonduna Azərbaycanın maddi mədəniyyət nümunələrinin əks olunduğu fotoalbom (The colours of Azerbaijan- Motherland photography) hədiyyə edib.