"Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi- praktik konfrans

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Tədbirdə İtaliya, Portuqaliya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Fransa, Pakistan, Yaponiya, Almaniya, Gürcüstandan ekspertlər, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktoti Raimkulova, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezident Şahin Mustafayev, TÜRKSOY-un katibi Sultan Raev, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində səfir Elman Abdullayev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İƏT Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan çıxış etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq və regional əməkdaşlığı möhkəmləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar inkişaf etdirmək və onların həyata keçirilməsi üçün mexanizmlər qurmaq olmuşdur.