UNESCO Qlobal işçi qrupunun 15-ci iclası keçirilib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva UNESCO-nin Qlobal İşçi Qrupunun 15-ci İclasında (IDIL 2022- 2032) iştirak edib. İclasda ümumi 54 ölkə təmsilçisi, ekspertlər iştirak etmişlər. Müzakirə olunan məsələlər sırasında yerli dillərə qayğı, məhv olmağa doğru gedən dillərin mədəni irs kontekstində qorunması əsas aktuallıq təşkil etmişdir.