AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan şuranın sədri, institutun baş direktoru professor Nadir Məmmədli gündılikdə olan məsələləri diqqətə çatdırıb.
Nadir Məmmədli çıxışında Əməkdar Elm xadimi, professor Qəzənfər Kazımovun 2022-ci ilin may ayında 85 illik yubileyilə əlaqədar respublika konfransının keçirilməsini diqqətə çatdırıb.
Azərtac. Az saytında elan olunmuş müsabiqəyə əsasən “Nitq mədəniyyəti və monitorinq” şöbəsinə müdir vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, dosent Aysel Nizami qızı Qəribli açıq səsvermə yolu ilə seçilib.
Sonra şuranın katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva cari məsələləri nəzərə çatdırıb.
“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın redaksiya həyətinin tərkibində edilən dəyişikliklər şura üzvləri tərəfindən təsdiq olunub.
İclasda institutun elmlər doktoru hazırlığı üzrə dissertantı Mahmud Aynurə Vaqif qızına yeni məsləhətçi təyin edilib.
Sonda bir neçə aparıcı elmi işçilərə - Terminologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Vəfa Ariz qızı Abdullayeva-Nəbiyeva, Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. İlahə Məhəmməd qızı Qurbanova, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Günel Əmirxan qızı Mirzəyeva, Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Xədicə İsabala qızı Heydərovaya dosent elmi adının verilməsi üçün açıq səsvermə keçirilib.
Yekunda Hesablayıcı Komissiyanın sədri professor Rüfət Rüstəmov səsvermənin nəticələrini elan edib.
Şrifti böyüt:
Çap et