Sentyabrın 24-də AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova Pərvanə Nadirqızının aparıcısı olduğu İctimai Radioda yayımlanan "Can, Azərbaycan" verilişinin qonağı olub. Elnurə Hüseynova 2024-cü "Yaşıl dünya naminə həmrəylik ili" tədbirlər planı çərçivəsində işıq üzü görmüş "Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası" və "Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası" monoqrafiyaları haqqında məlumat vermişdir. "Can, Azərbaycan" verilişinin aparıcısı Pərvanə Nadirqızı proqram çərçivəsində yeni işıq üzü görmüş kitablar, ekolinqvistika haqqında filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynovaya suallar ünvanlamış, proqram geniş fikir mübadiləsi ilə davam etmişdir.
Şrifti böyüt:
Çap et