AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi professor Sevil Mehdiyevanın “Azərbaycan ədəbi dilinin tarixi” monoqrafiyasının birinci hissəsi nəşr olunub.
Əsərdə qədim dövr Azərbaycan şifahi ədəbi dilinin xalqın ilkin bədii təxəyyül məhsulu – şifahi ədəbiyyat janrlarının dil materialları tədqiq edilib.
Monoqrafiyada qədim Azərbaycan şifahi ədəbi dilinin milli folklordan gələn rüşeymləri Azərbaycan türk xalqının şifahi yaradıcılıq janrları özəllikləri üzərində formalaşan inkişaf mənzərəsi elmi-linqvistik istiqamətdə araşdırılır, Azərbaycan türk şifahi (qədim) ədəbi dilinin inkişaf yolları və onların təşəkkülü izlənilir.
Monoqrafiya həm dil, ədəbiyyat, tarix elmləri mütəxəssisləri, həm də ana dilimizin taleyi ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulub.
Şrifti böyüt:
Çap et