AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşəbbüsü ilə “Əməkdar elm xadimi Yusif Seyidov və Azərbaycan dilçiliyi məsələləri” adlı məqalələr toplusu çap olunub.
Məcmuənin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru professor Nadir Məmmədli, məsul redaktoru isə dosent Qətibə Quliyevadır.
Kitabdakı məqalələrdə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Yusif Seyidovun mənalı ömür yolundan, çoxcəhətli elmi-pedaqoji fəaliyyətindən və dilçilik sahəsindəki xidmətlərindən bəhs olunur.
Məcmuədə akademik İsa Həbibbəylinin “Görkəmli dilçi alim və böyük pedaqoq”, akademik Möhsün Nağısoylunun “Professor Yusif Seyidov: Görkəmli dilçi alim və səmimi insan”, professor İsmayıl Kazımov “Yusif Seyidov-ürəyimin sədaları və təbii haqqı”, dosent Qətibə Vaqifqızının “Dilə həsr edilmiş ömür-professor Yusif Seyidov”, dosent Baba Məhərrəmlinin “Yusif Seyidovun dilçilik görüşləri və ədəbi-tənqidi araşdırmaları”, filologiya elmləri doktoru Aynel Məşədiyevanın “Alim, pedaqoq, örnək ziyalı”, dosent Elnarə Əliyevanın “Yusif Seyidovun əsərlərində predikativlik kateqoriyası”, dosent Təranə Şükürlünün “Yaddaşlarda yaşayan Yusif müəllim” və sair məqalələr öz əksini tapıb.
Şrifti böyüt:
Çap et