Dilçilik İnstitutnun gənc əməkdaşı Qazaxıstanda yay məktəbində iştirak edib

Şrifti böyüt:
Çap et

Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin elmi işçisi Aynur Saydova 18-25 avqust 2024-cü il tarixlərində TÜBA, Beynəlxalq Türk Akademiyası, Türk Dil Kurumu (TDK) və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən VI Türkoloji Yay məktəbində iştirak etmişdir. A.Saydova Xalid Səid Xocayevin tərcüməsindən professor Nadir Məmmədlinin tərtib etdiyi "Mahmud Kaşğari Divanü lüğat-it-türk" əsərinin 3 cildliyini Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinə, Azərbaycan dialektologiyası şöbəsinin hazırladığı "Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası"nı isə TÜBA-ya təqdim etmişdir. Türkoloji yay məktəbində müxtəlif ölkələrdən seçilən 32 doktoranta proqram boyunca Türk dilləri, ədəbiyyatı, arxeologiyası, tarixi mövzularında seminarlar keçirilmiş və öz növbəsində hər bir ölkə iştirakçıları qrup şəklində təqdimat hazırlayaq vətənlərini tanıtmışlar. Sonda iştirakçılara sertifikatlar verilmiş və Qazaxıstanın tarixi yerlərinə gəzinti təşkil olunmuşdur.