Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdir əvəzi, filologiya üzrə fəlsəfə doktoru dosent Vəfa Abdullayeva-Nəbiyeva Birləşmiş Millətlər Təşkilatının SDG 4 - keyfiyyətli təhsilə nail olmaq məqsədilə yaradılmış mərkəzləşdirilmiş şəbəkə EdHeroes-in təşkil etdiyi forumda iştirak edib. Tədbirin əsas tərəfdaşları UNESCO, UNESCO Institute for Information Technologies in Education, World Bank Group Education, WOLFRAM, Language and Learning Foundation, Teach for All, OMEP, IKAPI, Imagine Heritage, Social Enterprice Academy olmaqla, əsas qayəsi ümumi təhsil prosesləri və layihələrini əlaqələndirmək, beynəlxalq ünsiyyət metodları məsələləri olmuşdur. Forumda mədəniyyət və qloballaşmanın müasir təhsillə interaktivlik faktı, inklüziv, eləcə də müxtəlif təhsil kontekstlərinin hər birinin müstəsna dəyəri vurğulanmışdır. Vəfa Abdullayeva-Nəbiyeva is öz çıxışında bu il COP 29-a ev sahibliyi edəcək Azərbaycanda SDG və ECOSOC siyasətinin istər elm, istər təhsil sahələrində uğurlu tətbiqi məsələlərini xüsusilə qeyd etmişdir.