23-24 may tarixlərində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə
bağlı tədbirlər planı çərçivəsində AMEA Rəyasət Heyətinin binasında Azərbaycan
Milli Elmlər Akademiyasının, Azərbaycan Respublika Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə
təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli
Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Ekologiya və
Təbii Sərvətlər naziri Muxtar Babayev, AR Elm və Təhsil naziri Emin Əmrullayev,
Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və
Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Aqrar və Ekologiya şöbəsinin müdiri Lətif Qasımov, AMEA Rəyasət
Heyətinin üzvləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi
elmi müəssisələrin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
kollektivi və KİV əməkdaşları iştirak etmişlər.
Tədbirdə Dilçilik İnstitutunu Müasir Azərbaycan dili şöbəsinin müdiri,
filologiya elmlər doktoru, dosent Nərgiz Hacıyeva və Sosiolinqvistika və
psixolinqvistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnurə
Hüseynova təmsil etmişlər.
Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmlər doktoru, dosent
Nərgiz Hacıyeva “Heydər Əliyevin ekoloji siyasəti və uşaq ədəbiyyatında təbiət
mövzusu”, Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova “Heydər Əliyevin təbiətə qayğısı
və klassiklərin əsərlərində təbiət mövzusu” adlı məruzələrlə çıxış etmişlər.
Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmlər doktoru, dosent
Nərgiz Hacıyeva “Heydər Əliyevin ekoloji siyasəti və uşaq ədəbiyyatında təbiət
mövzusu” məruzəsində M.Dilbazi, M.Gülgün, Ə.Əhmədova, Z.Xəlil, M.Aslan,
M.Rzaquluzadə, T.Elçin, İ.Tapdıq, X.Əlibəyli, M.Seyidzadə, M.Əliyev,
T.Mahmudun əsərlərindən sitatlar gətirmiş, təbiət mövzusunun Azərbaycan
ədəbiyyatında işlənmə məqamlarına toxunmuşdur.
Qeyd etmək lazımdır ki, ədəbiyyatşünaslar kimi, bir çox dilçilər də
uşaqların, gənc nəslin təlim-tərbiyəsində təbiətin rolunu yüksək qiymətləndirirlər.
Ayrı-ayrı bitkilərin adını, etimologiyasını uşaqlara izah etmək üçün şairlər
söz oyunundan istifadə edirlər. Məruzəçi İ.Tapdığın “Şabalıd” əsərindən
nümunələr gətirərək təbiətə qayğının önəmindən bəhs etmişdir.
Uşaq ədəbiyyatında təbiət hadisələrinin səsini vermək üçün müxtəlif təqlidi
sözlərdən istifadə olunur. Çayların şırıltısı, quşların cəh-cəhi, ildırımın çaxması,
müxtəlif heyvanların səsini ifadə etmək üçün səstəsviri və səstəqlidi sözlərdən uşaq
ədəbiyyatında geniş istifadə olunur. Filologiya elmləri doktoru, dosent Nərgiz
Hacıyeva müxtəlif yazıçıların əsərlərində yer alan səstəqlidi sözlər haqqında
konfrans iştirakçılarına məlumat vermişdir.
Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru Elnurə Hüseynova “Heydər Əliyevin təbiətə qayğısı və
klassiklərin əsərlərində təbiət mövzusu” adlı məruzəsi ilə çıxış etmişdir. Filologiya
üzrə fəlsəfə doktoru Elnurə Hüseynova məruzəsinin 2 hissədən ibarət olduğunu
qeyd edərək, məruzəsinin I hissəsində Heydər Əliyevin təbiəti mühafizəsi,
qorunması ilə bağlı qərarları və bu sahədə attığı addımlar haqqında konfrans
iştirakçılarına məlumat vermişdir. O, Heydər Əliyevin təbiəti mühafizəsi ilə bağlı
həyata keçirdiyi addımları 2 dönəmdə: hakimiyyətinin I dövrü (1969-1982) və
hakimiyyətinin II dövrü (1993-2003) olaraq qruplaşdıraraq, Heydər Əliyevin
hakimiyyətinin I dönəmində 51 min hektar meşə zolağıın salındığını, bir sıra qoruq
və yasaqlıqların təşkil olunduğunu, şoran ərazilərin azaldılması ilə bağlı tədbirlərin
həyata keçirildiyini, hakimiyyətinin II dönəmində isə Azərbaycan Respublikasında
bir sıra önəmli sənədlərin, qanunların, fərmanların, sərəncamların qəbul
olunduğunu, ölkənin beynəlxalq konvensiyalara qoşulduğunu qeyd etmişdir.
Həmçinin, 23 may 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsis
edildiyini vurğulamışdır.
Filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova məruzəsinin ikinci
bölümündə təbiət sözünün etimologiyası, klassiklərindən: Nizami Gəncəvi,
Məhəmməd Füzuli, İmadəddin Nəsimi və həmçinin Səməd Vurğunun əsərlərində
təbiət leksikası vahidlərinin işlənmə məqamlarını müxtəlif aspektlərdən təhlil
etmişdir. Məruzəçi Azərbaycan ədəbiyyatında təbiət leksikası vahidlərinin iki
formada: həqiqi mənada – təbiəti qorumaq, təbiətin ecazkarlığı, təbiətin vəsf
olunması; və 2) məcazi mənada – İlahi eşq, gözəlin vəsfi, metafora olaraq yer
aldığını qeyd etmiş, fikirlərini nümunələrlə konfrans iştirakçılarına çatdırmışdır.
Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim edilmişdir.
Şrifti böyüt:
Çap et