Türkiyənin Fırat Universitetinin Humanitar və İctimai Elmlər Fakültəsi Müasir türk dilləri və
ədəbiyyatları kafedrasının əməkdaşları – kafedra müdiri, professor Ercan Alkaya və dosent
Süleyman Kaan AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dialektologiyası şöbəsinin
qonağı olmuşdur.
Görüşdə dialektologiya sahəsində elmi əlaqələrin əhəmiyyətindən söz açılmış,
şöbənin aparıcı elmi işçisi, dosent Kübra Quliyeva və digər əməkdaşlar qonaqlara Azərbaycanda
aparılan dialektoloji araşdırmalar, dialekt və şivələrin öyrənilməsinə dair yazılmış elmi əsərlər,
atlaslar haqqında geniş məlumat vermişlər.
Dosent Kübra Quliyeva qonaqların istəyi üzərinə onlara öz elmi kitablarını, institut
əməkdaşlarının son zamanlarda çapdan çıxmış bir sıra əsərlərini, eləcə də “Azərbaycan dilinini
Naxçıvan dialektoloji atlası” və “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur Dialektoloji
atlası”nı şöbə adından hədiyyə etmişdir.
Şrifti böyüt:
Çap et