Dilçilik İnstitutunun bir qrup alimi Bakı Avrasiya Universitetində olub

Şrifti böyüt:
Çap et

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup alimi Bakı Avrasiya Universitetində olub.

Qonaqlar əvvəlcə BAAU-nun rekroru, professor Nazim Nüseynliyə institut alimlərinin yeni nəşrlərini təqdim ediblər.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Kitabxanasının müdiri Sevil Zülfüqarova, Kompüter Dilçiliyi şöbəsinin müdiri prof. Məsud Mahmudov, Toponimika şöbəsinin müdiri dos. Elçin İsmayılov və digər əməkdaşları BAAU-nun Kitabxana və İnformasiya Mərkəzi ilə tanış olublar. Bildirilib ki, universitetin ümumi kitabxana fondu mütəmadi olaraq elmi ədəbiyyatla, dövrü mətbuat və elmi nəşrlərlə təmin olunur. Qonaqlar Mahmud Kaşğarinin “Divanü lüğat –it- türk“, Qərbi Azərbaycan toponimlərinin həqiqətləri”, “Azərbaycan dilinin qrammatikası”adlı nəşrləri, institut alimlərinin bir sıra kitablarını universitetin Kitabxana və İnformasiya Mərkəzinə hədiyyə ediblər. Dilçi alimlər Bakı Avrasiya Universiteti ilə AMEA- nın Nəsimi adına Dilçilik İnstitutu arasında ikitərəfli əməkdaşlığı yüksək qiymətləndiriblər.