29 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şuranın iclası
keçirilib. İclası giriş sözü ilə açan professor Nadir Məmmədli gündəlikdə olan
məslələrlə şura üzvlərini tanış edib.
Nəzəri dilçilik şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə elan olunmuş müsabiqənin
keçirilməsi üçün Hesablayıcı komissiya yaradılıb.
Sonra iclasın elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva cari
məsələləri diqqətə çatdırıb.
İclasda institutun Türk dilləri şöbəsinin hazırladığı “Müasir Türk dillərinin
funksional morfologiyası” kollektiv monoqrafiyası və Türk dilləri şöbəsinin
müdiri, professor İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və
“Azərbaycan dilinin tarixi qrammatikası” monoqrafiyasının çapa təqdim edilməsi
barədə vəsatət qaldırılıb.
Şrifti böyüt:
Çap et