27 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor
Nadir Məmmədli III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Mahmud
Kaşğarinin “Divanü lüğət – it – türk”ün 950 iiliyinə həsr olunmuş tədbirlər planı”
mövzusunda çıxış edib.
Nadir Məmmədli bildirib ki, əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə
fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu,
mədəniyyətini öyrənməyə imkan verir. Türk dilinin ərəb dili qədər zəngin bir dil
olduğunu göstərən M.Kaşğari "Divan"ın girişində bu dilin ərəb dili ilə birlikdə
"qoşqulu yarışan at" kimi getdiyini bildirir, türk mədəniyyətinin zənginliyini, eləcə də
söz varlığını nümayiş etdirir:
Böyük türkoloq Mahmud Kaşğarinin “Divanü lüğət – it – türk” əsərinin
öyrənilməsi dilçiliyimizdə həmişə diqqət mərkəzində olub və əsərin Azərbaycan
dilinə tərcümə edilməsində Xalid Səid Xocayevin xidməti böyük olub. Xalid Səid
Xocayev məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan
dilinə tərcümə edib. O, kitabın tərcüməsinə və “əksinqilabi pantürkist təşkilatın
üzvü kimi, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə
ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edilib. Təhlükəsizlik orqanları
evində axtarış aparan zaman “Divan” üzə çıxmayıb, itmiş hesab olunub.
Qeyd edək ki, əsəri 86 il sonra – 2023-cü ildə professor Nadir
Məmmədli institutun arxivindən tapıb.
Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov “Mahmud Kaşğarı
divanının və Azərbaycan dilinin tarixi” , filologiya elmləri doktoru Şəbnəm
Həsənli Qəribova “Türk dünyası –Mahmud Kaşğarinin “Divanü-lüğat-it Türk” və
dosent Qətibə Quliyeva “Mahmud Kaşğari "Divanü lüğat-it-türk" milli –mənəvi və
ədəbi dəyərlər kontekstində” III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında
çıxış ediblər.
Şrifti böyüt:
Çap et