Şrifti böyüt:
Çap et
Mayın 1-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Türkiyənin Ordu Universitetinin müəllimi dosent Hüseyn Yıldız, Əhməd Yasəvi Universitetinin Filologiya fakültəsinin dekanı Əbdülqadir Öztürk, Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi Hulya Kasapoğlu Gensel və doktorant Fulya Akmanla görüş keçirilib.
Görüş zamanı institutun direktoru professor Nadir Məmmədli Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin elmi əhəmiyyətindən danışıb.
Görüşdə Azərbaycan-Türkiyə elmi əlaqələrinin genişləndirilməsi, ortaq tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.