MEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Qadınlar Şurasının iclası keçirilib.
Tədbirdə çıxış edən AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə bildirib ki, Azərbaycan qadınları bu gün elmin müxtəlif sahələrində fəaliyyət göstərirlər. İstənilən sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan qadını cəmiyyətin, dövlətin inkişafına xidmət etməlidir.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli çıxışında vurğulayıb ki, institutdakı qadınlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlirlər. Onlar müxtəlif beynəlxalq konfranslarda iştirak edirlər.
Sonra səsvermə yolu ilə Dilçilik İnstitutunun Qadınlar Şurasına sədr dosent Şəbnəm Həsənli Qəribova, katib vəzifəsinə Gülnar Hüseynova seçilib.
İclasda Qadınlar Şurasının idarə heyəti də müəyyən edilib.
Şrifti böyüt:
Çap et