Aprelin 29-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.
Tədbirdə elmi müəssisənin direktoru professor Nadir Məmmədli gənclərin institutun
elmi və ictimai həyatındakı rolları barədə ətraflı danışıb və gənclərə öz tövsiyələrini
verib.
Tədbirdə il ərzində nəzərdə tutulmuş “Dilçilik tribunası”nda gənc doktorant və dissertantların fəal iştirakının zəruriliyi vurğulanıb.
Sonra Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əsasını qoyduğu
“Dilçilik tribunası” layihəsi çərçivəsində Toponimika şöbəsinin kiçik elmi işçisi Ayşən
İsmayıllının “Ağdam rayonu ərazisində rast gəlinən posessiv mikrotoponimlərin
toponimik sistemdə rolu” adlı məruzəsi dinlənilib.
A.İsmayıllı bildirib ki, posessiv mikrotoponimlər coğrafi obyektin hər hansı şəxsə,
ailəyə, nəslə aid olduğunu bildirir. Onlar Ərazidə məskunlaşan kənd sakinlərinə
məxsus olan posessiv mikrotoponimlər; 2) Görkəmli şəxsiyyətlərə məxsus olan
posessiv mikrotoponimlər; 3) Dini şəxsiyyətlərə (seyidlər, ağalar, övliyalara)
məxsus olan posessiv mikrotoponimlər; 4) Müəyyən şəxs, nəsil, tayfa, xalq,
qəbiləyə məxsus olan posessiv mikrotoponimlər. Bu onimlər toponimik sistemdə
mühüm rola malikdir.
Şrifti böyüt:
Çap et