Dilçilik İnstitutunun qadın alimləri təltif olunub

Şrifti böyüt:
Çap et

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın qadın əməkdaşlarını təbrik edib. Bildirib ki, daim öz parlaq zəkası, geniş dünyagörüşü, intellekti, müdrikliyi ilə seçilən Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir və respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər.

Ölkəmizdə qadınlara daim yüksək qiymət verildiyini deyən akademik İsa Həbibbəyli bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin idarəetmə təcrübəsi, geniş dünyagörüşü ilə Azərbaycan dövlətinin inkişafına misilsiz töhfələr verdiyini vurğulayıb.

Milli Elmlər Akademiyasının fəaliyyətində də qadınların böyük rolunun olduğunu bildirən akademik İsa Həbibbəyli xanım əməkdaşların öz elmi tədqiqatları ilə Azərbaycan və dünya elmini zənginləşdirdiklərini deyib. Diqqətə çatdırıb ki, AMEA-nın xanım əməkdaşları Qadınlar Şurası adı altında birləşərək geniş təşkilatlanma işləri həyata keçirib və Akademiyada və ölkəmizdə gedən proseslərdə yaxından və yüksək səviyyədə iştirak edirlər.

AMEA rəhbəri Akademiyanın qadın əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıb.

Daha sonra AMEA-nın elmi-ictimai həyatında fərqlənən bir sıra qadın alimlər təltif olunublar. Mükafatları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.

science.gov.az