10 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Dilçilik araşdırmaları” jurnalının yeni redaksiya heyətinin tərkibinin təsdiq edilməsi barədə məsələni diqqətə çatdırıb. Nadir Məmmədli bildirib ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğundur.
İclasda “Dilçilik araşdırmaları” jurnalının redaksiya heyətinin tərkibi təsdiq olunub. Professor Nadir Məmmədli baş redaktor, professor İsmayıl Məmmədli baş redaktorun müavini, Könül Mirzəyeva məsul katibi təsdiq olunub.
Professorlar Qəzənfər Kazımov, İsmayıl Kazımov, filologiya elmləri doktorları İdris Abbasov, İlhami Cəfərsoy, Nərgiz Hacıyeva, Sevinc Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, doentlər Aynel Məşədiyeva, Baba Məhərrəmli, Kifayət İmamquliyeva, Rasim Heydərov, Ruslan Abdullayev, Təranə Şükürlü, Teyyub Quliyev, Aytən Bəylərova və sair alimlər jurnalın redaksiya heyətinin tərkibinə seçiliblər.
Jurnalda müasir Azərbaycan dilçiliyi, türkoloji dilçilik, nəzəri və tətbiqi dilçilik, tarixi və müqayisəli dilçiliyin tədqiqinə aid müxtəlif məqalələrin nəşri nəzərdə tutulub.
Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.
İnstitutun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, fil.e.d. Mayıl Binnət oğlu Əsgərovun 60 illik yubileyi münasibətilə tərtib olunmuş yubiley kitabı çapa təqdim edilib.
Elmi şuranın onlayn iclası keçirilib
10 Yanvar 2022Şrifti böyüt:
Çap et