21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi “1nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin əsas
binasında Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Hər dil özündə bir dil
yaşadır” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd milli-mənəvi sərvətimiz olan ana dilimizin
qədimliyi, zənginliyi haqqında məlumat vermək, bu dildə yazıb yaradan
yazıçıların, şairlərin dilə verdiyi diqqəti və qayğını gənc nəslə çatdırmaqdır.
Tədbirdə Mərkəzin “Ayna” teatr kollektivinin hazırladığı Səməd Vurğunun
“Vaqif” dramından bir hissə, ədiblərimizin dil haqqında yazdıqları əsərlərdən
səhnəciklər, “Vokal” dərnəyi və “Xarı bülbül” rəqs kollektivi dərnək üzvlərinin ifasında mahnı və rəqs nömrələri nümayiş olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutu Tətbiqi dilçilik şöbəsinin elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Mətanət Həmidova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq mükafatlar laureatı, teleradiojurnalist, şair Mübariz Süleymanlı,1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak ediblər.
Şrifti böyüt:
Çap et