Şrifti böyüt:
Çap et
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi, Fransada fəaliyyət göstərən UNESCO-nun Qlobal Gənclər Birliyinin Azərbaycan təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nabiyeva 9 fevral 2023-cü ildə Fransada keçirilən UNESCO-nun "Təhsildə qadınlar və qızlar" adlı tədbirində iştirak edib. Tədbirdə təhsildə gender problemləri, təhsilin hamı üçün əlçatan olması, ümumi təhsil problemləri, 2015-2030-cu illər SDG qlobal siyasətində təhsil üçün nəzərdə tutulan hədəflər, STEM, eləcə də bir çox digər elm və təhsil məsələləri müzakirə olunmuşdur.