Kəşmir həmrəylik gününə həsr olunmuş tədbir keçirilib

Şrifti böyüt:
Çap et

5 fevral 2023-cü ildə Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasında fəaliyyət göstərən Pakistanın səfirliyi və universitetin rəhbərliyinin birgə təşəbbüsü ilə Kəşmir həmrəylik gününə həsr olunmuş tədbir və fotosərgi keçirildi.

Tədbirdə Pakistan Respublikasının Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayee, ADU-nin rektoru akademik Kamal Abdulla, BDU-nin professoru Atamoğlan Məmmədli çıxış etmiş, Kəşmir ilə bağlı tarixi fakt və həqiqətləri geniş formada məruzə etmişlər. Daha sonra cənab səfir Bilal Hayeenin ətraflı çıxışı ilə 1947-cil il hadisələri, torpaqların Hindistan və Pakistan arasında paylanması prosesi video çarxlar, xəritə faktları vasitəsilə auditoriyaya çatdırıldı. Kəşmir və Dağlıq Qarabağın oxşar tarixi taleyi müqayisə olundu, bu istiqamətdə dostluq, qardaşlıq həmrəyliyinin daim nümayiş olunması rəğbətlə qarşılandı.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun urdu dili üzrə mütəxəssisi Şirxanli Rövşən və Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Vəfa Abdullayeva-Nabiyeva da iştirak etmişlər. Rövşən Şirxanlı mövzu haqqında müsahibə vermiş, Kəşmir məsələsində Azərbaycan dövlətinin və xalqının daim Pakistan xalqının yanında olduğunu xüsusilə vurğulamışdır.