AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin əməkdaşları Ankara şəhərində keçirilən "IX Beynəlxalq Ankara elmi araşdırmalar konfransı"nda iştirak etmişlər.

Şrifti böyüt:
Çap et

26-28 dekabr 2023-cü il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində IX Beynəlxalq Ankara elmi araşdırmalar konfransı (9. Uluslararası Ankara Bilimsel Araştırmalar Konqresi) keçirilmişdir. Həmin konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Müslüm qızı Bəylərova və Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi Sevinc Elxan qızı Səfərova iştirak etmişlər. Dos. A.M.Bəylərova “Mədəni konnotasiya linqvokulturoloji kateqoriya kimi”, S.E.Səfərova “Azərbaycan ədəbi dili və köməkçi adlar” mövzusunda məruzələrlə çıxış edərək İnstitutumuzu layiqincə təmsil etmişlər. Dos. A.M.Bəylərova eyni zamanda konfransın ilk iclasının moderatoru olmuşdur. Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.