23 dekabrda Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyinin və
Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG 2023 -
Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı
beynəlxalq elmi konfrans keçirilib.
Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının
müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev dünya dilçilik elminin inkişafı
fonunda doğma ana dilinin tədqiqatına verdikləri töhfələrə görə elm adamlarına
təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.
Konfransın Forumunda Nəsimi adına Dilçilik İnstitutunun direktoru
professor Nadir Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında” 29 sentyabr 2022-ci il tarili sərəncamı ilə əlaqədar Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi
irsinin , dövlətçilik ideallarının tətbiqi və təbliği sahəsində” xidmətlərindən
danışıb.
Dilçilik İnstitutunun şöbə müdirləri professor İsmayıl Kazımov, dosent
Kifayət İmamquliyeva, aparıcı elmi işçiləri dosentlər Elnarə Əliyeva, Qüdsiyyə
Qəmbərova, Qətibə Mamudova, Aytən Bəylərova, Səkinə Şərifova, Şəkər
Orucova, Pərvin Bayramova, Rasim Heydərov, Reyan Mədətova və Leyla
Yusifova müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına
töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması , Azərbaycan dilinin
dialektlərinin, türk dillərinin öyrənilməsi istiqamətində məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib
Şrifti böyüt:
Çap et