Şrifti böyüt:
Çap et
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi, elm nominasiya üzrə "İlin gənci-2023" dövlət mükafatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nabiyeva Gənclər və İdman Nazirliyində xarici səfərləri ilə bağlı cənab nazir Fərid Qayıbova hesabat verib. Hesabatın sonunda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru professor Nadir Məmmədli tərəfindən tapılmış və ictimaiyyətə təqdim olunan 18-ci əsrdə Azərbaycan dili və mədəniyyəti üçün yeganə və unikal əlyazma olan Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər üt-türki" əsərinin UNESCO-da təbliği və Dünya Yaddaşı Proqramına nominasiya olaraq təqdim olunması halı böyük rəğbətlə qarşılanıb.