Noyabrın 17-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda professor Nadir
Məmmədlinin tərtib etdiyi Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər-üt-türki”
kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik Teymur Kərimli müasir dövr üçün olduqca
qiymətli tapıntı olan “Məzhər-üt-türki” əsərinin AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin uzunmüddətli səyi və
şəxsi təşəbbüsünün nəticəsi olduğunu vurğulayıb.
T.Kərimli qeyd edib ki, əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi
Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə)
təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə
öyrətmək məqsədilə yazılıb. Akademikin sözlərinə görə, ilk dəfə Azərbaycanda
fars dilindən tərcümə və çap olunan bu dərslik zəngin dünya dilləri arasında öz
mövqeyi ilə seçilən Azərbaycan dilinin inkişaf yolları, qrammatik və leksik
normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq
və iranşünaslar üçün çox dəyərli vəsaitdir.
Akademik T.Kərimli çıxışının sonunda türk dillərinin təkamül tarixinin dərindən
öyrənilməsinin əhəmiyyətinə toxunaraq bu əsərin Azərbaycan dilində nəşrinin bu
istiqamətdə gələcək elmi tədqiqatlar üçün zəmin yaradacağına əminliyini ifadə
edib.
Daha sonra çıxış edən nəşrin tərtibçisi, “Ön söz” və şərhlərinin müəllifi, professor
Nadir Məmmədli İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi
üçün mötəbər və qiymətli olan bu əlyazmanı ona Tehranın Fərhangiyan
Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən
azərbaycanlı İxtiyar Bəxşinin hədiyyə etdiyini vurğulayıb.
N.Məmmədli qeyd edib ki, “Məzhər üt-türki”ni türk mədəniyyəti, ədəbiyyatı,
elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi çox qiymətli, nəfis
türkdilli əlyazmalardan biri kimi Qum şəhərindəki “İslam irsini yenidən
canlandırma Mərkəzi” kitabxanasının nadir kitab fondundan əldə etmiş, şəxsi
arxivində saxlamış, sonralar vətənpərvər dostlarına hədiyyə etmişdir.
N.Məmmədli “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin
Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, lakin bir müddət Azərbaycanın
Şamaxı şəhərində yaşadığı üçün Şirvani təxəllüsünü götürdüyünü bildirib. Əlavə
edib ki, Əbdürrəhim Ərdəbili “Məzhər üt-türki” risaləsinni Şirazda olarkən türkcə
öyrənmək və danışmaq istəyən fars mənşəli Ağa İsmayıl adlı bir şəxsin xahişi ilə
yazmışdır. O, dərsliyin İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün
yazılmış, Qızılbaş türkcəsi haqqında məlumat verən ilk və yeganə əsər olduğunu
vurğulayıb.
Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami
Cəfərov kitabı dilçilik elminində xüsusi dəyəri ola biləcək əsər kimi xarakterizə
edib. Bildirib ki, nəşrdə bəzi məsələlərin tam aydınlaşdırılmasına müvəffəq olunarsa bu əsər müasir Azərbaycan dilçiliyinin ilk möhtəşəm abidəsi hesab oluna
bilər.
Türk dillərinin inkişaf tarixindən bəhs edən akademik Nizami Cəfərov türk
dillərini dialektləri ilə birgə qrammatik fərqlərini də nəzərə alaraq sxemləşdirdikdə
100-ə qədər türkcə təzahürün meydana çıxacağını söyləyib. Alim əsərin böyük
iddia ilə qələmə alındığını və dilimizin qrammatikası ilə bağlı ilk əsər olduğunu
deyib. Qeyd edib ki, bu nəşr dil elementləri, coğrafiyası və hökmü ilə Şərqdən
Qərbə qədər uzanan Azərbaycan dilinin müstəqil dil olduğunu bir daha təsdiq edir.
Nizami Cəfərov əsərdəki əksər dil nümunələrinin Füzulidən gətirildiyini diqqətə
çatdırıb.
Nizami Cəfərov bildirib ki, “Məzhər-üt-türki” Azərbaycan dilçiliyinin ilk
abidəsidir. Burada söhbət türkcənin təzahüründən gedir. Məzhər-üt-türki” əsəri
Azərbaycan dilinin müstəqil bir dil olduğunu təsdiq edir.
Tədbirdə professor Güllü Yoloğlu vurğulayıb ki, “Məzhər üt-türki” əsəri təkcə
dilçilər üçün deyil, tarixçilər, etnoqrafiyaçılar və siyasətçilər üçün çox böyük
əhəmiyyəti var.
Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin
müdiri professor Sevinc Əliyeva çıxışında “Məzhər üt-türki” əsərinin
Azərbaycan dilçiliyi üçün böyük hadisə olduğunu vurğulayıb. Alim bildirib ki, bu
kitab və tərcüməsi əsərin özündəm daha yaxşı təqdim olunub.
Tədbirdə akademik Möhsün Nağısoylu, professor Rüfət Rüstəmov, əsərin
tərcüməçisi dosent Günel Orucova, institutun icraçı direktoru dosent Baba
Məhərrəmli, filologiya elmləri doktorları Nərgiz Hacıyeva, Şəbnəm Həsənli
Qəribova, dosentlər Qızılgül Abdullayeva, Xədicə Heydərova, Vəfa Abdullayeva
qeyd ediblər ki, "Məzhər üt-türki" dərsliyindən (risaləsindən) aydm olur ki, XVI-
XVIII əsrlərdə Azərbaycan türkcəsinin normalarında xəlqiləşmə prosesi getmiş,
tələbata uyğun olaraq, müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışığa
xas söz və ifadələrin işlədilməsi dil vahidlərinin ümumi- ləşmə prosesini, milli
dilin formalaşmasmı gücləndirmişdir. Sonrakı dövrlərdə Azərbaycan türkcəsinin
leksik sistemində, qrammatik qaydalarmda elə bir ciddi dəyişiklik baş verməmiş,
dil və nitq normaları təkmilləşmə istiqaməlində həm canlı damşıqda, həm də ədəbi
dildə ümumiləşərək sabitləşmişdir. Bu onu göstərir ki, milli dil normalarının belə
təzahürü həm ədəbi dil, həm də ümumxalq dili səviyyəsində çox dərin qatlarda
gedən prosesin nəticəsidir.
Şrifti böyüt:
Çap et