AMEA Nəsimi adına Dilçilik İnstitutunun kollektivi sərgidə iştirak edib.
Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası
qoyulan Bakı Beynəlxalq Kitab Sərgisi 9-cu dəfə kitabla bağlı və kitaba bağlı olan hər
kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları,
bu sahədə aidiyyəti dövlət qurumları, ən nəhayət, oxucuları bir araya gətirib.
Noyabrın 11-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX Bakı
Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi.
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ədəbiyyat sahəsinə, yazarlara, kitab
sənayesi, bütövlükdə nəşriyyat sahəsinin inkişafına ciddi dəstək verilir. Kağız
idxalının və istehsalının ƏDV-dən azad olunması, eləcə də hər il bir sıra ölkələrdə
Azərbaycanın kitab mədəniyyətinin təbliğinə şərait yaradılması bu diqqətin
təzahürüdür.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və
əməkdaşlar sərgidə iştirak ediblər.
Şrifti böyüt:
Çap et