Moskva şəhərində Avropa və Asiyadan olan gənc alimlərin MDB İcraiyyə Komitəsinin tərəfdaşlığı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası və 2023-cü ildə Rusiya Federasiyasının Avrasiya İqtisadi İttifaqının orqanlarında sədrliyinə həsr edilmiş “Elm Qitəsi” akademik forumu keçirilib.
Forum Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunub.Olduqca əhəmiyyətli beynəlxalq forumun keçirilməsinin başlıca məqsədi Avrasiya ölkələrinin vahid elmi və texnoloji məkanının formalaşdırılması, eləcə də elmi-texniki bazanın gücləndirilməsi istiqamətində strategiya və təşəbbüslərini birləşdirən Böyük Avrasiya Tərəfdaşlığı çərçivəsində fənlər arası dialoq və aktual elmi problemlərin müzakirəsi üçün dövlətlərarası akademik və elmi əlaqələr platforması yaratmaq olub.Forum iştirakçıları öz elmi tədqiqatlarının nəticələrini altı istiqamət üzrə aparıcı alimlərin rəhbərlik etdiyi tematik elmi bölmələr çərçivəsində təqdim ediblər.
Forumda ölkəmizi təmsil edənlərdən biri də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri, Hind-Avropa dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova olub. Günel Orucova “İrsin qorunması” seksiyasında “Farsdillilərin Türkiyə türkcəsini öyrənərkən yaranan fonetik və semantik çətinliklər” mövzusunda çıxış etmişdir.
Qeyd edək ki, forumda Rusiya Elmlər Akademiyasının przidenti Q. Krasnikov, Elm və təhsil naziri V. Falkov, Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik B. Yuldaşev, Qazaxıstan Respublikası yanında Qazaxıstan Elmlər Akademiyasının vitseprezidenti D. Bilalov, Xarici İşlər nazirinin müavini A. Pankin və bu kimi digər rəsmi şəxslər iştirak və çıxış etmişlər.
Şrifti böyüt:
Çap et