Dil ümumi hadisə kimi cəmiyyət həyatının müxtəlif sahələri ilə yaxından bağlıdır. Bu gün cəmiyyətin məşğul olduğu və dərindən maraq göstərdiyi elmlərdən biri də türkologiyadır. Bu elmin hələ də tam həll edilməmiş problemləri var. Bunlardan ən mühümü və aktualı ortaq dil və əlifbadır.
Bu fikirləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov bildirib.
“Türk xalqları bu dillərin hər hansı birindən istifadə ilə öz aralarında, demək olar ki, ünsiyyət yarada bilərlər. Lakin keçmiş sovet rejiminin türk xalqlarına və dillərinə vurduğu zərbə, daha dəqiqi, türkləri bir-birindən ayıran, təcrid edən əlifba problemi aradan qaldırılmazsa, fərqli cəhətlər qarşılıqlı anlaşma prosesində daim çətinlik törədəcək, həm də ümumtürk birliyinin qarşısını bir sədd kimi alacaqdır”, - deyə alim vurğulayıb.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ali məclisdən qürurla səsləndirdi: “Nə gözəl olar ki, türk xalqları eyni dildən, eyni əlifbadan istifadə etsinlər”.
Alimin sözlərinə görə, bu məqam bir tarixi hadisədir. Bu hadisə türkü birləşdirən, dövlət və xalqların taleyini həll edən ən önəmli faktorlardandır.
Şrifti böyüt:
Çap et